"Evdə qalın, döyüşçülərimiz qadınlarla davranmağı bilmir" - "Taliban"dan qadınlara çağırış

Oxunma sayı: 249
26-08-2021, 09:26

"Evdə qalın, döyüşçülərimiz qadınlarla davranmağı bilmir" - "Taliban"dan qadınlara çağırış
Radikal “Taliban” hərəkatı işləyən əfqan qadınları öz təhlükəsizlikləri üçün evlərindən çıxmamağa çağırıb.

Arasdırma.info xəbər verir ki, bunu təşkilatın rəsmi nümayəndəsi Zabiullah Mücahid “New York Times” qəzetinə müsahibəsində deyib.

“Döyüşçülərimizin qadınlarla necə davranmaq lazım olduğuna dair təlim keçməməsindən narahatıq. Allah qorusun, qüvvələrimizin qadınlara zərər yetirməsini və ya təqib etməsini istəmirik”, - Mücahid belə deyib.

Eyni zamanda, o, bunun müvəqqəti bir hal olduğunu bildirib və işləyən qadınların maaşlarının evlərində ödəniləcəyinə dair vəd verib.//APA

Paylaş
Xəbər lentİ