Hədiyyə almaq üçün evdən çıxan qız itkin düşüb - Video

Oxunma sayı: 590
22-08-2018, 17:06

http://qafqazinfo.az/uploads/1534887629/5b7c3-1534878728.jpgBakıda gənc qız naməlum şəraitdə itkin düşüb.

“arasdirma.info”nun “Xəzər TV”yə istinadən məlumatına görə, 19 yaşlı Leyla Məmmədova avqustun 2-də qardaşı oğluna hədiyyə almaq adı ilə evdən çıxıb və geri dönməyib.

Ata İsa Məmmədovun sözlərinə görə, Leyla Məmmədova yaşadıqları Sabunçu rayonu Maştağa qəsəbəsi Sovxoz yaşayış massivində səhər saat 9-dan evdən çıxıb və bir daha geri qayıtmayıb.

İ. Məmmədov deyir ki, qızının itikin düşdüyü gündən polisə məlumat verib. Ancaq hələ də axtarışlar heç bir nəticə verməyib. Leyla Məmmədova evdən çıxarkən əl çantasından başqa özü ilə heçnə götürməyib.

Onun sözlərinə görə, qızının sevdiyi olmayıb, buna görə də qoşulub qaçması mümkün deyil. Ata qızının oğurlandığını iddia edir. Çarəsiz qalan ata qızını görənlərdən xəbər vermələrini istəyir.

Paylaş
Xəbər lentİ