Məhkəmə qanunsuz qərar çıxarıb.

Oxunma sayı: 920
11-06-2019, 16:11

Məhkəmə qanunsuz qərar çıxarıb.
Bildiyiniz kimi,Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 3 aprel 1919-cu ildə verilmişdir.Təsadüfi deyil ki,fərman məhkəmə qanunlarının ,eləcə də məhkəmə fəaliyyətinin vətəndaşlara daha şəffaf xidmət etməsi üçün nəzərdə tutulmuşdur.Ümid edirik ki,bu fərmandan sonra məhkəmə hakimləri daha düzgün və ədalətli qərarlar çıxaracaq.
İndi isə,bir neçə il əvvəl Ali Məhkəmənin keçmiş hakimi İslam Əliyevin mülki iş üzrə çıxardığı haqsız və ədalətsiz qərar haqqında:
Redaksiyamıza ünvanlanan şikayət ərizəsi və bir neçə hüquqi sənədlər onu deməyə əsas verir ki,ölkədə hələ də,hakimlərin və bir sıra dələduzun mənzil maxinasiyası davam etməkdədir.Şikayətçi Cəfərova Yeganə Əli qızı uzun müddətdir ki,Bakı şəhəri ,Nəsimi rayonu R.Rza küçəsi,ev 92,mənzil 3 ünvanda yaşayır.Həmin ünvanda ev 7-də isə qonşusu ,milliyətcə rus olan,Kolesnikova Nadejda Vladimirovna yaşayıb.Onlar həm uzun müddət bir yerdə işləyiblər,həm də mehriban qonşu olmuşlar.N.Kolesnikova yaşlandığı üçün ona baxmağa adam lazım olduğundan,Yeganə Cəfərova yaxın adam olaraq onu öz himayəsinə götürüb.Bütün ehtiyaclarını ödəyərək,doğma anası kimi qayğı göstərib. Yeganə Cəfərova öz vəzifəsini layiqincə yerinə yetirərək,N.Kolesnikovanın etibarını qazanıb və 2001-ci ildə mülkünə vəsiyyətnamə alıb.Daha sonra N.Kolesnikova 2011 -ci ildə rəhmətə getməmişdən az öncə öz imzası ilə mənzili Yeganə Cəfərovanın adına keçirmişdir.
Bütün həngamələr bundan sonra başlayıb.
Vəziyəti belə görən digər qonşu olan, Səmayə Əliyeva Rusiyaya gedərək mərhumun qohumunu tapıb,onun adından məhkəməyə müraciət edib.Beləliklə,saxta qohumlar ortaya çıxıb.Digər qonşu Əliyeva Səmayə Mirəhməd qızının öyrətdiyi ,Rusiyada yaşayan Paxromenko Yuriy Aleksandroviç bir etibarnamə verib,heç özü Bakıya gəlməyərək inadkarlıqla evin ona məxsus olması və heç bir vəsiyyətnamənin olmadığı,eləcə də yeganə vərəsə kimi evin ona verilməsi lazım olduğu haqqında yanlış iddialar irəli sürülüb.Məsələ böyüyərək,məhkəməyə verilib.Nəsimi rayon məhkəməsi işi, Yeganə Cəfərovanın xeyrinə həll edib.Bundan sonra Apellyasiya Məhkəməsinə müraciət edilib.Yenə də, 09 Dekabr 2013-cü ildə Azad İmanovun sədrliyi ilə,hakim Fuad Talışinski və İlham Əsədovun çıxardığı qərarla mənzilin Cəfərova Yeganə Əli qızına məxsus olduğu haqqında qərar verilib.
Daha sonra iş Ali Məhkəməyə verilib.28 Dekabr 2015-ci ildə keçmiş hakim(Hal hazırda Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin sədridir)iddiaçı Paxromenko Yuriy Aleksandroviçın xeyrinə qərar verərək,Nəsimi Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsinin qərarlarını ləğv etmişdir.Sonuncu qərarın mətnindən də məlum olur ki,burada bir uyğunsuzluq var.Yuriy Paxromenkonun mərhum N.Kolesnikova ilə qohumluğunu sübut edən sənədlər yoxdur.Əksinə,Hakim İslam Əliyev qərarda qeyd edib ki,N.Kolesnikovanın doğumu haqqında şəhdətnamə yoxdur.Bu şəhadətnaməni vəkillər Rusiya Federasiyasından alıblar.Bunu sübut edən sənədlər də var.İddiaçı sayılan Yuriy Paxromenkonun Məhkəməyə təqdim etdiyi sənədlər saxtadır,möhür də saxtadır.Bu sənədlərin yenidən ekspertizaya verilməsinə ehtiyac var.
Məhkəmə qanunsuz qərar çıxarıb.
Rusiya Federasiyası Krasnodarskiy Kray ZAQS,Krapotkin bölgəsindən 13 saylı hüquq Məsləhətxanasının direktoru,vəkil Arif Rəsulovun rəsmi müraciətinə cavab olaraq bildirib ki, alınan rəsmi sənəddə deyilir:Bu sənəd bizdə verilməyib,ümumiyyətlə bununla bağlı bizə müraciət edilməyib.Həmin sənədin üzü isə saxtadır,biz belə sənədlər vermirik.Buradan da aydın olur ki,bir qrup dələduz saxta sənədlərlə mənzili mənimsəyib.Məsələ qalır daha yuxarı instansiyaların insafına.Haqq ədaləti bərpa edəcəklərini gözləyirik.Burada onu da qeyd etmək lazımdır ki,hal hazırda həmin mənzildə Digər qonşu olan,bütün bu işlərin arxasında dayanan Səmayə Əliyeva həmən mənzili oğlunun adına keçirib və hal hazırda mənzil kirayədədir.Şikayətçi Yeganə Cəfərova dəfələrlə aidiyyatı qurumlara müraciət ünvanlayıb.Müxtəlif instansiyalardan haqqının bərpa olunmasını istəyir.Ümid edirik ki,məsələ öz həllini tapacaq və ədalətli qərar qəbul ediləcək.

Paylaş
Xəbər lentİ