Yadplanetlilər izimizə düşüb... - UNO-ların oğurladığı Quba sakini kimdir?

Oxunma sayı: 814
14-03-2017, 12:48

İnsanların yadplanetlilər tərəfindən qaçırıldığı hər zaman müzakirə mövzusu olub.

arasdirma.info xəbər verir ki, alimlər 2040-cı ildə insanlarla yadplanetlilərin ilk görüşünün baş tutacağını deyirlər. Lakin bəzi insanlar artıq onlarla görüşdüklərini iddia edirlər.
Yadplanetlilər izimizə düşüb... - UNO-ların oğurladığı Quba sakini kimdir?
Belə hadisələrdən biri 1645-ci ildə İngiltərədə baş verib. 15 yaşlı Anna Ceffri adlı qız qulluqçu işlədiyi evin baxçasında huşsuz vəziyyətdə tapılır. Özünə gəldikdən sonra başına gələnləri danışan Annanın dedikləri hər kəsi şoka salıb. O, insanabənzər varlığın onun yanına gəldiyini, daha sonra huşunu itirdiyini bildirib. Bir müddət sonra işıqlı bir otaqda gözünü açan Anna, yadplanetlilərin onun bədənini yoxladığını deyib.

Oxşar hadisə 1989-cu ildə ABŞ sakini Linda Napolitanonun da başına gəlib. Linda başına gələnləri yuxu kimi xatırlayır:

"Pəncərdən baxırdım. Birdən evimizin qarşında bir "uçan boşqab" dayandı. Məni oğurlayıb həmin "uçan boşqaba" mindirdilər. Tez-tez huşumu itirirdim, sonra ayılırdım. Yadımda qalan yalnız üzərimdə tibbi müayinələrin aparılmasıdır".

Yadplanetlilər tərəfindən qaçırıldığını iddia edən şəxslərdən biri də Avstriya sakini Cozef Vanderkadır. Meşəyə gəzintiyə çıxan Cozef bir anda narıncı rəngli, yumurtaya bənzərə maşınla rastlaşıb. Çox gözəl, uzun boylu, sarışın varlıqlar tərəfindən həmin maşına mindirələn avstriya sakinini uzun müddət onlarla söhbət etdiyini deyib.

“Yol ilə gedərkən diski xatırladan uçan əşya gördüm. İçərisindən narıncı dəri rəngli, keçəl və pişik gözünə oxaşan gözləri olan bir neçə varlıq çıxdı”.

Yadplanetlilərlə ünsiyyətdə olduğunu iddia edən İtaliya sakini Grodner Pass isə onları məhz bu cür təsvir edib. Söhbət zamanı onlar Grodneyə deyiblər ki, yerə maqnit sahələrinin köməyiylə gəliblər, lakin burda tez qocaldıqları üçün çox qala bilməyəcəklər.

Böyük Britaniyada yaşayan Samanta Makdonalds adlı qadın da onlarla görüşdüyünü iddia edir. Gecə yatdığı yerdə yadplanetlilər tərəfindən qaçırıldığını deyən Samanta, onlarla söhbət etdiyini bildirib.

"Əvvəl qorxdum. Sonra isə onlardan nə istədiklərini soruşdum. Yadplanetlilər mənə cavab verdilər ki, ailəmi və məni özləri ilə aparmaq istəyirlər".

Qeyd edək ki, Azərbaycanda da zaman-zaman yadplanetlilər tərəfindən qaçırıldığını deyən insanlar olub. Onlardan biri Quba sakini Nəcəf Məmmədovdur. Təxminən 2 ay yoxa çıxan Nəcəf Məmmədov iddia edib ki, onu yadplanetlilər qaçırıb. Lakin heçnə xatırlamır. O, 2010-cu ildə 48 yaşında vəfat edib.

Paylaş
Xəbər lentİ