Keçmiş həyat yoldaşını gözəllik salonunda öldürdü - TƏFƏRRÜAT

Oxunma sayı: 53
27-10-2023, 02:13

Keçmiş həyat yoldaşını gözəllik salonunda öldürdü - TƏFƏRRÜAT
Bakıda keçmiş həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən bildirilib ki, oktyabrın 26-də saat 19 radələrində paytaxtın Xətai rayonunda 1987-ci il təvəllüdlü Pərvanə Mirkazım qızı Tanrıverdiyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının keçmiş həyat yoldaşı 1982-ci təvəllüdlü Zamin Teyyub oğlu Tanrıverdiyev könüllü polisə gələrək təslim olub.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

***

Bakıda gözəllik salonunda törədilən qətllə bağlı cinayət işi başlanıb.

Bu barədə Xətai rayon prokurorluğundan bildirilib.

Oktyabrın 26-sı 1987-ci il təvəllüdlü Pərvanə Tanrıverdiyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1982-ci il təvəllüdlü Zamin Tanrıverdiyevin Xətai rayonu ərazisində yerləşən gözəllik salonlarının birində aralarında yaranmış mübahisə zamanı Pərvanə Tanrıverdiyevaya kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zamin Tanrıverdiyev şübhəli şəxs qismində tutulub.

Paylaş
Xəbər lentİ