Vətəndaşları şantaj edən xaker həbs edildi - Baş İdarədən ƏMƏLİYYAT - VİDEO

Oxunma sayı: 62
18-07-2024, 23:25

Vətəndaşları şantaj edən xaker həbs edildi - Baş İdarədən ƏMƏLİYYAT - VİDEO
Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən internet platformalarında informasiya texnologiyalarından istifadə edilməklə törədilən hüquqazidd əməllərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Bakupost.az DİN-ə istinadən xəbər verir ki, Baş İdarəyə “İnstagram” sosial şəbəkəsində müxtəlif adda hesablar açaraq özünü kompüter və şəbəkə təhlükəsizliyi üzrə “mütəxəssis-xaker” kimi təqdim edən naməlum şəxsin ona müraciət edən vətəndaşlara dair məlumatları ələ keçirdiyi barədə çoxsaylı müraciətlər daxil olub. Araşdırmalarla həmin səhifələrin vətəndaşlardan yaxınlarının başqa şəxslərlə yazışmalarını ələ keçirməsi müqabilində müxtəlif məbləğlərdə ödəniş aldığı, habelə səhifəyə müraciət edənlərin mobil telefonlarına müdaxilə edərək özəl foto və video görüntülər əldə etdiyi müəyyən edilib. Həmin görüntülərin rüsvayedici formada sosial şəbəkələrdə yayılmaması müqabilində isə qeyd edilən səhifələrdə hədə-qorxu ilə vətəndaşlardan əlavə pullar tələb edilib. Həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində göstərilən səhifələrin əvvəllər də eyni əməllərə görə məhkum olunmuş Nurlan İsmayılov tərəfindən idarə olunduğu müəyyən edilib və o, tutularaq istintaqa cəlb edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Nurlan İsmayılov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş
Xəbər lentİ