AZAL-dan növbəti biabırçılıq-Sərnişinlər narazılıq edir amma…..

Oxunma sayı: 12
16-10-2024, 08:08

AZAL-dan növbəti biabırçılıq-Sərnişinlər narazılıq edir amma…..
Sosial şəbəkələrdə Azərbaycan Hava Yollarının(AZAL) fəaliyyəti bağlı sərnişinlərin narazıqları bitmək bilmir. XALQ.AZ məlumat verir ki, bu dəfə Elşən İsmayılov adlı vətəndaş böyük sosial şəbəkə qruplarında Buxarestə səfər edərkən hava limanında qarşılaşdığı vəziyyətlə bağlı narazılığını ifadə edən status paylaşıb. Sərnişinin narazılığını olduğu kimi təqdim edir:

“Səhər tezdən gəlmişəm havalimanımıza, Rumıniyaya getməliyəm. Yaxınlaşıram Buxarest yazılan qeydiyyat masasına.

Çatana yaxın bir xanım məni çağırır:
Parisə gedirsiniz?
Mən: Yox, Buxarest.
Xanım: Sizdənəm eeey… Praqa yoxsa Paris.
Mən: Buxarest.
Xanım çıxdı getdi.

Yaxınlaşdım qeydiyyat masasına. Buradakı əməkdaş normal şəkildə məni başa saldı ki, əvvəlcə o xanıma (məni çağıran) yaxınlaşın, pasportunuzu yoxlasın sonra gəlin.

Yaxınlaşdım, xanım hirsli-hirsli: Mən bayaq kimə deyirdim?

Mən pasportumu verdim, yoxladı, hirsli şəkildə qaytardı.
Səmimi deyirəm mənim yerimə başqa adam olsaydı ağır cavab verərdi.

Sonra gəldim Busines Lounge-a. Qeydiyyatda iki xanım xarici vətəndaşı lağ obyektinə çeviriblər. Yeməyə normal heçnə yoxdur.

Çay üçün stəkan, fincan tapa bilmirəm. Xanımdan soruşdum.
Xanım: Əda ilə ordadı daaa… dedi.
Mən: Xanım bu fincanlar çox kiçikdir, kofe üçündür.

Xanım, narazı şəkildə:
Həə içəridən verim.

Məncə havalimanımız daha fərqli olmalıdır.

Paylaş
Xəbər lentİ