Qazax İcra Hakimiyyətinin avtomobili su kanalına aşdı, xəsarət alan var

Oxunma sayı: 259
29-05-2021, 00:27

Qazax İcra Hakimiyyətinin avtomobili su kanalına aşdı, xəsarət alan var
Qazaxda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb. Yeniavaz.com report-a istinadən xəbər verir ki, hadisə rayonun Daş Salahlı kəndində qeydə alınıb.
Qazax Rayon İcra Hakimiyyətinə məxsus “Toyota camry” markalı, 35-AA-005 dövlət seriya nişanlı avtomobil avtomobil su kanalına aşıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

Paylaş
Xəbər lentİ