Bakıda əri tərəfindən boğazından bıçaqlanan qadın öldü

Oxunma sayı: 272
8-06-2021, 01:37

Bakıda əri tərəfindən boğazından bıçaqlanan qadın öldü
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə ötən gün Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 42 yaşlı Svetlana Məmmədova həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı qadın boğazından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o bu gün 3 saylı şəhər xəstəxanasında ölüb.

Paylaş
Xəbər lentİ