Millimiz Monqolustana 1-0 qalib gəldi

Oxunma sayı: 25
22-03-2024, 22:22

Millimiz Monqolustana 1-0 qalib gəldi
Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb.

Arasdırma.infio xəbər verir ki, yığma “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Komandamız qələbə topunu 90+1-ci dəqiqədə vurub. Standart vəziyyətdən ötürməni Bəhlul Mustafazadə başla qola çevirib. Bununla da yığmamız 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu eyni arenada Bolqarıstana qarşı keçirəcək.

Paylaş
Xəbər lentİ