Dünyanın ən cəlbedici pasportları: Azərbaycan...

Oxunma sayı: 415
6-01-2021, 19:39

Dünyanın ən cəlbedici pasportları: Azərbaycan...
İsveçrənin “Henley&Partners” şirkəti pasportların reytinqini açıqlayıb.

Arasdırma.info xəbər verir ki, siyahıda ilk yeri Yaponiya tutub. Bu ölkənin pasportu ilə dünyanın 191 ölkəsinə vizasız səfər etmək mümkündür. İkinci yerdə isə 190 ölkə ilə Sinqapur dayanıb. Üçlüyü isə Almaniya və Cənubi Koreya (189 dövlət) qapayıb.

Azərbaycan siyahıda 76-cı yerdə qərarlaşıb. Azərbaycan pasportu ilə dünyanın 67 ölkəsini vizasız gəzib dolanmaq mümkündür.

Qeyd edək ki, şirkətin ötən il açıqladığı reytinq siyahısında da Azərbaycan 76-cı yerdə qərarlaşmışdı.//Axar.az

Paylaş
Xəbər lentİ