Vəkillər Kollegiyası vəkillərə müraciət etdi

Oxunma sayı: 72
17-09-2023, 02:46

Vəkillər Kollegiyası vəkillərə müraciət etdi
Azərbaycan Respublikası Vəkillər Kollegiyası vəkilləri Biznes Hüququ Komitəsinə (BHK) üzv olmağa dəvət edib.

Arasdırma.info xəbər verir ki, bu barədə Kollegiyanın yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Komitənin Əsasnaməsinə əsasən, BHK İdarə Heyəti Vəkillər Kollegiyasının üzvü olan, biznes hüququ sahəsində çalışmağa davam edən vəkilləri Komitəyə üzv qəbul edə bilər.

"Bununla əlaqədar, Komitə üzvlüyünə qəbul olmaq istəyən, biznes hüququ sahəsində təcrübəyə malik olan və bu sahədə çalışmağa davam edən vəkilləri aşağıdakı qeydiyyat linki vasitəsilə üzvlüyə müraciət etməyə dəvət edirik. Müraciətlər Biznes Hüququ Komitəsinin İdarə Heyəti tərəfindən qiymətləndiriləcək, namizədliyi təsdiq edilən şəxslərlə əlaqə saxlanılacaq", - deyə məlumatda bildirilib.

Müraciət üçün son tarix 15.10.2023 nəzərdə tutulub.

Qeyd edək ki, müraciət sayından asılı olaraq müraciət üçün ayrılan vaxt uzadıla və ya qısaldıla bilər. Müddət dəyişdikdə, bu barədə əlavə məlumat veriləcək.//E-huquq.az

Paylaş
Xəbər lentİ