Ötən gün Bakıda vətəndaşın 5G Stansiyası ilə əlaqədar olaraq ərazidə yaşayanların onkoloji xəstəlikdən dünyasını dəyişdiyi barədə məlumat yayılıb.Onu da qeyd edib ki,bu ərazidə onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayı çoxalır.Aidiyyatı qurumlara müraciət edilib və əraziyə rayon Gigiyena və Epidemiologiuya Mərkəzinin həkimi gəlib.Təbii ki,radiasiyanın səviyyəsi ölçüülüb və rəsmi məlumat veriləcəyi deyilib.
Bəs bu 5G stansiyaları həqiqətənmi qorxuludur?, Radiasiyanın səviyyəsi normadan yüksəkdirmi ?
Bu kimi suallar ictimaiyyəti maraqlandırır.
Arasdırma.info olaraq məsələ ilə bağlı bir neçə mütəxəssisə müraciət etsə də,dolğun cavab ala bilmədik.
Mütəxəssis bildirdi ki, 5 G -nin onkoloji xəstəliyin mənbəyi məsələsi cəfəngiyatdır.5G yüksək tezlik radiodalğadır, yanı dalğanın uzunluqu çox azdır.
Ona görə bu radiodalğa hətta azacıq duman belə onun üçün küçilməz maniyədir. 5G retranslyatorları (vışkalar) çox yaxın-yaxın qurulur, ki istifadəçiyə siqnal çata bilsin. Yaxın olduğu üçün onun gücünü çox az vermək də kifayət edir.Həm də bu 3G və 4G- dən daha az radiasiya verir.
Bəzi məlumatlara əsasən mütəxəssisin qeyd etdiyi kimi, radiotezlik dalğalarının hüceyrə qüllələrindən təsirinin orqanizm üçün hər hansı nəzərəçarpan nəticələrə gətirib çıxardığına dair dəqiq sübut yoxdur. Amma bu o demək deyil ki, mobil qüllələrdən gələn radiotezlik dalğaları tamamilə zərərsizdir.
Əksər ekspert təşkilatları razılaşır ki, bunu anlamaq üçün daha çox araşdırmaya ehtiyac var, xüsusən də mümkün uzunmüddətli təsirlərlə bağlı,
Cib telefonlarının elektromaqnit şüalanması sağlamlığa zərərlidirmi ? Xərçəngin inkişafına təsir edə bilərmi ?
"Orqanizmdəki kimyəvi bağları parçalaya bilən və xərçəngə səbəb olan ionlaşdırıcı şüalanmadan (məsələn, qamma şüaları və rentgen şüalarından) fərqli olaraq, radiotezlik cihazları qeyri-ionlaşdırıcı şüalanmanın bir formasıdır. Bu tip şüalanma ilə bağlı problem ondan ibarətdir ki, bu şüalanmanın radiasiyaya təsiri daha yüksəkdir. istilik şəklində enerji istehsal edir "
Hazırda 5G və ya hər hansı mobil şəbəkənin insan sağlamlığına zərərli təsir göstərə biləcəyinə dair qəti sübut yoxdur.
Mütəxəssis vurğulayır ki, indiyədək heç bir araşdırma insanlarda cib telefonları ilə xərçəng arasında əlaqə tapmayıb.
Bununla belə, ÜST Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) ilə birlikdə bütün radiotezlik radiasiyasını “ehtimal ki, kanserogen” kimi təsnif edib. Qeyd etmək lazımdır ki, turşu tərəvəzlər, aloe yarpağı ekstraktı və talk eyni kateqoriyaya aiddir. Bu yalnız o deməkdir ki, bu maddələrin insan orqanizminə mənfi təsirləri sübut olunmayıb.
Onu da qeyd edək ki, hazırda bizi əhatə edən: mobil operatorların, televiziya qüllələrinin, kosmik peyklərdən yayımlanan televiziya, informatika, rabitə üçün yayımlanan siqnalları 5G sisteminin siqnallarından qat-qat güclüdür, və qat-qat çox şualanma verir
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70