Azərbaycanda MMC rəhbəri yığdığı pullarla yoxa çıxdı

Oxunma sayı: 405
4-01-2020, 19:22

Azərbaycanda MMC rəhbəri yığdığı pullarla yoxa çıxdı
Sumqayıtda Nəqliyyat MMC-nin rəhbəri yoxa çıxıb.

Arasdırma.info Report-a istinadla xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında Nəqliyyat MMC-nin rəisi Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur.

Onun çalışdığı MMC-də səlahiyyətlərindən sui-istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir. Aparılan araşdırma zamanı məlum olub ki, X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xətlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb. Gündəlik sürücülərdən toplanan plan X.Rüstəmovun öz qaydalarına görə yığılıb. Bu proses onun fəaliyyəti dövründə, yəni bir neçə il davam edib. X.Rüstəmov topladığı pullarla aradan çıxıb.

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Nəqliyyat MMC-dən bildirilib ki, X.Rüstəmov işində verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.

Hazırda bununla bağlı araşdırma aparılır.

Paylaş
Xəbər lentİ