Ruhəngiz Allahverdiyeva evi ola-ola kirayədə yaşayır - Video

Oxunma sayı: 257
13-11-2021, 08:46

Ruhəngiz Allahverdiyeva evi ola-ola kirayədə yaşayır - Video
"Yox, villam var. Bu haqda danışmayaq. Sonra millət deyir ki, ağlayırlar. Niyə qırılıb ölmürsünüz? Heç nəyə ehtiyac yoxdur, başqa şeylərdən danışaq".
Arasdırma.info xəbər verir ki, bu szöləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Həmin Zaur" verilişində deyib. Müğənni aparıcı Zaur Kamalın "Eviniz ola-ola kirayədə qalırsız" sualına cavab verib. O, bu haqda danışmaq istəməyib.

"Ən gözəl toyları aparan siz olmusunuz" sözlərinə isə ifaçı belə reaksiya verib:

"Müğənniyə geyinmək üçün nə qədər pul lazımdır? Dörd adam universitet bitirib, təhsil haqqı, yeməyi. Çörəyi tək yeyirsiz? Qardaş, qohum... Özün tək yesən, deyəcəklər qardaşı acından ölür, bahalı maşında gəzir. Bunları çıxsaq, biz nəyik? Dədə-babadan brilyantlar qalmayıb. Hər şeyi özüm etmişəm. Tək mənim qazancımla bunları tək etmək olar? Ya mənim biznesim olmalıdır, o da yoxur. Mənim pulumu saymaq lazım deyil. Heç yoxdur. Heç kimdən də heç nə istəmirəm".

Paylaş
Xəbər lentİ