Elmi tədqiqatlar göstərir ki, 39 yaşdan sonra insanların uzunmüddətli yaddaşı sürətlə zəifləyir. Tibbi araşdırmalara əsasən, qadınlarda orta hesabla 52, kişilərdə isə 57 yaşdan sonra nəinki uzunmüddətli yaddaş işləmir, hətta yaddaşda silinmə müşahidə olunur.
Bu yaş qrupundan yuxarı olanlar yeni oxuduqlarının və gördüklərinin ən yaxşı halda 3-5 faizini yaddaşda saxlaya bilirlər. Belə olan halda hələ pensiya yaşına çatmayan, amma məktəbdə tədris və tərbiyə ilə məşğul olan müəllimlərdən imtahanda kurikulumun 50 faizdən çox mənimsəməsini gözləmək böyük ədalətsizliyə yol aça bilər. Belə ki, işini itirənlərin böyük əksəriyyəti nə maaş, nə də pensiya ala biləcək.
Belə olan halda müəllimlərin sertifikatlaşdırılmasında yaş həddi olmalıdırmı?
Arasdırma.info Hurriyyet.aza istinadən xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov Bakupost.az -a açıqlama verib.
Deputat bildirib ki, qanunvericiliyin tələb etdiyi formada addım atılmalıdır:
“Burada məsələyə fərqli formada yanaşmaq lazımdır. Azərbaycanda bu məsələ çox geniş müzakirə olunur. Təhsil naziri də bununla bağlı açıqlama verib. Müəllimlərin sertifikasiya məsələsində pensiya ilə bağlı qanunvericilik əsas götürülməlidir. Qanunvericilikdə pensiya yaşı 65 hesab olunur. Qanunun bu tələblərinə riayət olunmalıdır. Burada elə bir addım atmaq lazımdır ki, vətəndaş dövlətdən narazı qalmasın. Qanunvericilik necə tələb edirsə, qanun o cür tənzimlənsin. Bu prinsiplə yanaşmasaq, pensiya yaşına çatmayan şəxsləri də işdən azad etmiş olarıq. Onları taleyin ümidinə buraxarıq. Bu baxımdan ciddi düşünməliyik. Burada məqsəd müəllimlərin üzərində daim işləməyə nail olmaqdır. Qanunvericiliyin bəndlərini mütləq gözləməliyik k, vətəndaşları özümüzdən narazı salmayaq”.
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70