700 bal toplayan abituriyent tanınmış hakimin oğludur - FOTOLAR

Oxunma sayı: 575
29-08-2020, 16:22

700 bal toplayan abituriyent tanınmış hakimin oğludur - FOTOLAR
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə 13-14 avqust 2020-ci il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri açıqlanıb. III ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb.
Arasdırma.info xəbər verir ki, III ixtisas qrupu üzrə maksimum bal toplayan abituriyent Bakı şəhəri, Binəqədi rayonu 276 saylı məktəbin məzunu Kərimli Əziz İlham oğludur.
Əziz Kərimli buraxılış imtahanlarında 300, qəbulda isə 400 bal toplayaraq ümumilikdə maksimal nəticə göstərib. Ötən ay Fənn Olimpiadalarının Respublika turunda Azərbaycan dili və Ədəbiyyat fənni üzrə yuxarı yaş qrupunda I yerə layiq görülən Əziz Kərimli sənədlərini ADA Universitetinin Hüquqşunaslıq fakültəsinə verəcəyini bildirib.
Məlumat üçün bildirək ki, Əziz Kərimli Azərbaycanın tanınmış hüquqşünaslarından olan, Bakı Apelyasiya Məhkəməsinin hakimi Kərimli İlham Əziz oğlunun övladıdır.
Əslən Göyçə mahalının (Qərbi Azərbaycan) Ardanış kəndindən olan İlham Kərimli 1972-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsindən məzun olub. 1995 – 1997-ci illərdə Naxçıvan MR Prokurorluğunda prokuror kriminalist, 1997 – 2000-ci illərdə Ordubad rayon prokurorunun köməkçisi, 2001 – 2007-ci illərdə Astara rayon prokurorunun köməkçisi, böyük köməkçisi, prokuror əvəzi, 2007 – 2010-ci illərdə Şabran rayon prokurorunun böyük köməkçisi, 2010 – 2018-ci illərdə Abşeron Rayon Məhkəməsinin hakimi işləyib. 2018 –ci ildən etibarən Bakı Apelyasiya Məhkəməsinin hakimidir.//Yeniavaz
700 bal toplayan abituriyent tanınmış hakimin oğludur - FOTOLAR

Paylaş
Xəbər lentİ