Bakıda Yeni illə bağlı bayram yarmarkaları təşkil edəcək şirkət məlum olub

Oxunma sayı: 354
15-12-2020, 00:09

Bakıda Yeni illə bağlı bayram yarmarkaları təşkil edəcək şirkət məlum olub
Kənd Təsərrüfatı Nazirliyinə məxsus "Aqrar Tədarük və Təchizat" ASC Bakının 5 müxtəlif ərazisində dekabrın 20-dən 30-nə qədər (11 təqvim günü) kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkalarının təşkil edilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Arasdırma.info vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Enerji Təchizat-1" MMC-dir.

Qalib şirkətə 198,5 min manat ödəniləcək.//report

Paylaş
Xəbər lentİ