Xankəndidə evlər kütləvi halda satışa çıxarıldı

Oxunma sayı: 397
20-12-2020, 11:01

Xankəndidə evlər kütləvi halda satışa çıxarıldı
Ermənilər Xankəndidəki evlərini satışa çıxarıblar.

Arasdırma.info Konkret.az-a istinadən xəbər verir ki, bu barədə daşınmaz əmlakın satışı və icarəsi ilə ixtisaslaşan “List.am”da çoxsaylı elan yerləşdirilib.

Portaldan aydın olur ki, son vaxtlar Xankəndidəki ermənilərin öz əmlaklarını satışa çıxarması halları artıb.

Diqqətçəkən məqam odur ki, satışa çıxarılan evlərin əksəriyyəti mebel və məişət avadanlıqları ilə birgə alıcılara təqdim edilir.
Ekspertlərin fikrincə,ermənilər Xankəndinə qayıtmaq istəməyənlərin evlərini satışa çıxarıb və ermənilərin hazırkı şəraitdə orada yaşamaq istəmədiklərindən evlərini satmaları ilə əlaqələndirir.

Paylaş
Xəbər lentİ