ABŞ-dan İrana növbəti ŞOK - Minlərlə hərbçi...

Oxunma sayı: 509
3-01-2020, 21:36

ABŞ-dan İrana növbəti ŞOK - Minlərlə hərbçi...
ABŞ Yaxın Şərqə daha 3500 hərbçi göndərib.

Arasdırma.info xəbər verir ki, bu barədə NBC televiziyası Pentaqondakı mənbələrə istinadən məlumat yayıb. Amerikalı hərbçilərin hansı bölgələrə yerləşdiriləcəyi açıqlanmasa da, hərbi ekspertlər hesab edir ki, əsgərlərin əksəriyyəti Küveytdə mövqe tutacaq. Məlumata görə, Yaxın Şərqə cəlb edilən hərbçilər 82-ci Hava Qüvvələri bölümündə xidmət edir.
Qeyd edək ki, bundan əvvəl Pentaqon Yaxın Şərqə 750 hərbçinin göndərildiyini açıqlamışdı. Mütəxəssislər bildirir ki, Yaxın Şərqə əlavə amerikalı hərbçilərin cəlb edilməsi Vaşinqton-Tehran gərginliyi ilə bağlıdır.Publika.az

Paylaş
Xəbər lentİ