İki aktyor çəkilişdə faciəli şəkildə öldü

Oxunma sayı: 433
17-01-2020, 22:02

İki aktyor çəkilişdə faciəli şəkildə öldü
Meksikada “Sin miedo a la verdad” serialının çəkilişləri zamanı iki aktyor vəfat edib.

Ölkə mediasında çıxan xəbərlərə görə, paytaxt Mexikonun şərqindəki Aqricola Oriental şəhərində serial çəkilişləri zamanı körpüdən düşən Xorxe Navarro Sançez və Luis Gerardo Rivera həlak olublar.

Serialı ərsəyə gətirən “Grupo Televisa”nın açıqlamasında dəhşətli faciə yaşadıqları ifadə olunub. Rejissor Ruben Qalindo aktyorların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, kriminal mövzulu serialın üçüncü mövsümü çəkilir.

Paylaş
Xəbər lentİ