SON DƏQİQƏ: Tramp "Yüz ilin müqaviləsi"nin detallarını açıqladı

Oxunma sayı: 457
28-01-2020, 18:31

SON DƏQİQƏ: Tramp "Yüz ilin müqaviləsi"nin detallarını açıqladı
ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin həlli üçün hazırlandığı iddia edilən “Yüz ilin müqaviləsi”nin detallarını açıqlayıb.

Arasdırma.infonun məlumatına görə, plana əsasən Qüds bütövlükdə İsrailin ərazisi və paytaxtı olacaq. Tramp bildirib ki, planda Fələstin dövlətinin indiki ərazisinin 2 dəfə artırılması nəzərdə tutulur.

“Fələstin müstəqil, suveren dövlət olacaq” deyən Tramp, prezident Mahmud Abbası planı dəyərləndirməyə çağırıb. “Ağ ev” rəhbərinin sözlərinə görə, Fələstin planı qəbul edərsə, Vaşinqtonun hər cür dəstəyini alacaq. Tramp bəyan edib ki, plan yüzminlərlə fələstinliyə iş imkanı yaradacaq. Bütün bunların həyata keçirilməsi üçün xüsusi komissiya qurulacaq.

Paylaş
Xəbər lentİ