Zelenskini Rusiya seçdirib? - Politoloq

Oxunma sayı: 637
24-04-2019, 00:27

Zelenskini Rusiya seçdirib? - Politoloq
Aprelin 21-də Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda keçmiş KVN-çi, şoumen və aktyor Vladimir Zelenskinin prezident seçilməsi dünyada birmənalı qarşılanmayıb. Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı yayılan söz-söhbətlər Ukraynadakı seçkinin nəticəsini də müəyyən qədər şübhə altına alıb. Bəzi şəxslər Rusiyanın buradakı seçkilərə müdaxilə etdiyini iddia edirlər.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu Axar.az-a açıqlamasında deyib ki, Ukraynadakı prezident seçkilərinin nəticəsinə Rusiyanın müdaxiləsi olmayıb:

“Çünki ikinci turda Rusiyanın dəstəklədiyi namizəd yox idi. ABŞ Prezidenti Donald Trampı Rusiya dəstəkləsə də, Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenskini Kreml heç vaxt dəstəkləməyib.

Ona görə Ukraynadakı seçkilərə Rusiyanın müdaxiləsi olduğunu düşünmürəm. Çünki seçkinin ikinci turuna Zelenski ilə Poroşenko çıxmışdı. Onların ikisi də ruspərəst deyil və ikisi də Rusiyanı tənqid edir. Buna görə də Rusiyanın müdaxiləsi məsələsi məntiqəuyğun deyil”.

Paylaş
Xəbər lentİ