İdlibdə əsrin ən pis humanitar fəlakəti baş verə bilər - BMT xəbərdarlıq edir

Oxunma sayı: 603
9-06-2019, 08:31

İdlibdə əsrin ən pis humanitar fəlakəti baş verə bilər - BMT xəbərdarlıq edir
"2015-ci ildə bir milyon suriyalı Avropaya gəlib"

Çoxları hesab edir ki, Suriyada müharibə başa çatıb, lakin BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok "Şpigel"in müxbiri Kristof Zudova verdiyi müsahibəsində 3 milyona yaxın insan olduğu İdlibdə əsrin ən pis humanitar fəlakətinin baş verə biləcəyinə dair xəbərdarlıq edir.

Image result for Der Spiegel

İndi vəziyyət çox dəhşətlidir. Avropa o vaxt oyanacaq ki, qaçqınların yeni axını başlayacaq.

Araşdırma.info AzNews.aza istinadən xəbər verir ki, Suriyanın müxalifət tərəfindən idarə olunan İdlib əyalətindəki ərazilərdə təxminən üç milyon insan yaşayır. Onların arasında BMT-nin qiymətləndirməsinə görə, bir milyona yaxın uşaq və əvvəllər ölkənin başqa bölgələrindən oraya getmiş adamlar da var.

Artıq bir neçə həftədir ki, Rusiya və Suriya Hərbi Hava Qüvvələri hər gün Suriyanın şimal-qərbində yerləşən bu əyaləti bombalayır. "Biz İdlibdə hər metr ərazinin bombalanmasını müşahidə edirik", - Mark Loukok verdiyi müsahibəsində bildirib.

Avropada çoxları Suriyada müharibənin praktiki olaraq başa çatdığına əmin olsa da, Loukok bu ölkədə vəziyyətin pisləşəcəyini gözləyir. "İdlibdə əsrin ən pis humanitar fəlakəti yarana bilər", — deyə o, bunu 2004-cü ildə Asiyaya düşmüş sunami və 2011-ci ildə Somalidə quraqlığın fəsadları ilə müqayisə edərək bildirib. Hər iki halda 250 minə yaxın insan həlak olub.

İdlibdə üç milyona yaxın insan var ki, Qərbə üz tutmaq istəyirlər, ancaq onların oradan qaçmağa imkanları yoxdur, çünki Türkiyə öz sərhədini bağlayıb. Əgər Suriya ordusu və müttəfiqləri İdlib hücumunu davam etdirsələr, XXI əsrdə baş vermiş bütün əvvəlki humanitar fəlakətlərin qurbanlarının sayı artıq ola bilər.

56 yaşlı britaniyalı belə deyib: "Problemi Türkiyənin daha çox qaçqın qəbul etməsi ilə həll etmək olmaz. Problemlərin həlli bombalanmanın dayandırılması olardı".

Vəziyyət indi çox dəhşətlidir. 300 mindən çox adam vilayət daxilindən şimala köçüb. İdlib ərazisində 50-yə yaxın xəstəxana və digər səhiyyə müəssisəsi dağıdılıb. Onların bir qismi könüllü şəkildə bombalanmaq qorxusu ilə bağlanıb.

Loukokun rəhbərlik etdiyi BMT-nin humanitar İdarəsi (OCHA) münaqişə tərəflərinə bu xəstəxanaların bir çoxunun koordinatlarını bildirib. Loukok bombalama ilə bağlı çox böyük narahatlıq keçirir.

Bəşər Əsəd rejimi hər şeyi İdlibdə olan İslam terrorçularının boynuna qoyur. Bu isə bütün əyalətin hər metrinin bombalanmasına bəraət qazandıra bilməz.

"Bir yaraqlının payına yüz mülki şəxs düşür", - deyə Loukok vurğulayıb.

Onun sözlərinə görə, Avropa o vaxt oyanacaq ki, İdlibdən şimala yüz minlərlə yeni qaçqın axını başlayacaq.

"2015-ci ildə bir milyon suriyalı Avropaya gəlib. Avropa İttifaqının fikrincə, İdlibdə olan üç milyon insanın problemini başladığı yerdə həll etməliyik", - deyə o, əlavə edib.

Paylaş
Xəbər lentİ