Xırdalandakı güclü partlayışla bağlı açıqlama-VİDEO

Oxunma sayı: 181
3-08-2022, 23:14

Xırdalandakı güclü partlayışla bağlı açıqlama-VİDEO
112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində beşmərtəbəli yaşayış binasında partlayış olması barədə məlumat daxil olub.

Arasd;rma/info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

xxx

Abşeron rayonunun Xırdalan şəhəri ərazisində güclü partlayış baş verib.

Arasd;rma/info xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıblar.

İlkin məlumata görə, hadisə şəhər ərazisindəki yaşayış binalarından birində qeydə alınıb.

Qaz sızması nəticəsində baş verən partlayış zamanı ölən və yaralananların olduğu deyilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) və hüquq-mühafiə orqanlarının əməkdaşları cəlb edilib.

Əlavə məlumat veriləcək.//report

Paylaş
Xəbər lentİ