Bakıda tanışını qətlə yetirənə hökm oxundu

Oxunma sayı: 147
17-10-2022, 16:23

Bakıda tanışını qətlə yetirənə hökm oxundu
Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Adəm Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Arasdırma.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub

Adəm Quliyev 9 il müddətinə azadlıqdan mərhum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində Sabunçu rayonunda qeydə alınıb. 1984-cü il təvəllüdlü Adəm Quliyev şəxsi münasibətlər zəminində yaranmış mübahisə zaman tanışı, 1975-ci il təvəllüdlü Natiq Nəcəfova bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.//demokrat.az

Paylaş
Xəbər lentİ