Azərbaycanda tanınmış idmançının oğlunun öldürülməsi ilə bağlı YENİ XƏBƏR

Oxunma sayı: 438
2-01-2020, 17:44

Azərbaycanda tanınmış idmançının oğlunun öldürülməsi ilə bağlı YENİ XƏBƏR
Gəncədə tanınmış idmançının oğlunu pul üstündə qətlə yetirməkdə təqsirləndirilən Emil Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Dadaş İmanovun icraatına verilib.

Hadisə 2019-cu ildə Gəncədə yerləşən “Miraj” çay evinin qarşısında baş verib. 1 manat üstündə yaranmış mübahisə nəticəsində 25 yaşlı Elnur Alıyev bıçaqla qətlə yetirilib.

Davanın digər iştirakçısı, 37 yaşlı Məmmədov Emil Elxan oğlu isə ağır yaralanıb. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olub.

Bildirilib ki, pul üstündə mübahisə edən şəxslər bir-birinə bıçaq xəsarətləri yetiriblər.

Qeyd edək ki, qətlə yetirilən E. Alıyev Gəncədə kikboksinq üzrə tanınmış məşqçi İlqar Alıyevin oğludur.APA

Paylaş
Xəbər lentİ