Dünya çempionatı: 4 güləşçimiz medal qazandı

Oxunma sayı: 183
26-07-2022, 23:35

Dünya çempionatı: 4 güləşçimiz medal qazandı
Azərbaycanın daha 2 yunan-Roma güləşçisi İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında medal qazanıb.

Arasdırma.info xəbər verir ki,Publika.az-ın məlumatına görə, 80 kq-da çıxış edən İsmayıl Rzayev finalda türkiyə Alperen Berberə 2:3 hesabı ilə uduzaraq, ikinci yeri tutub.

110 kq-da mübarizə aparan Məzahim Mərdanov bürünc medal qarşılaşmasında gürcüstanlı Davit Mqeladzeyə 6:4 hesabı ilə qalib gəlib.

65 kq çəki dərəcəsindəki Əli Əlizadə isə 3-cü yer medal uğrunda görüşdə özbəkistanlı Behruz Barnoyevlə bacarmayıb - 3:9.

55 kq-da yer alan idmançı həlledici qarşılaşmada hindistanlı Surac Suracla üz-üzə gəlib.

Rəqibinə 0:11 hesabı ilə uduzan Mustafayev gümüş medalla kifayətlənib.

48 kq-da çıxış edən Səid Xəlilov isə bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Yu Takemotoya 9:1 hesabıyla qalib gələrək, dünya üçüncüsü olub.

Qeyd edək ki, bu gün, həmçinin, İsmayıl Rzayev (80 kq) qızıl, Əli Əlizadə (65 kq) və Məzahim Mərdanov (110 kq) bürünc medal uğrunda mübarizə aparacaqlar.

Paylaş
Xəbər lentİ