Rusiya Superkubokunun qalibi bəlli oldu - VİDEO

Oxunma sayı: 353
18-07-2021, 08:23

Rusiya Superkubokunun qalibi bəlli oldu - VİDEO
Rusiyanın Sankt-Peterburq şəhərini təmsil edən “Zenit” klubu Moskva “Lokomotiv”inə üç cavabsız qolla (3:0) qalib gələrək Rusiya Superkubokunun qalibi olub.

TASS agentliyi xəbər verir ki, həlledici görüş Kalininqrad şəhərində baş tutub.

“Zenit” klubunun heyətində Daler Kuzyaev (27-ci dəqiqə), iranlı forvard Sərdar Azmun (57-ci dəqiqə) və Aleksandr Yeroxin (83-cü dəqiqə) fərqlənib.

Paylaş
Xəbər lentİ