Rafael Ağayev təzə işindəki söz söhbətə aydınlıq gətirib

Oxunma sayı: 187
1-07-2022, 22:45

Rafael Ağayev təzə işindəki söz söhbətə aydınlıq gətirib
Tanınmış idmançı Rafael Ağayev haqqında yazılan söz-söhbətlərə aydınlıq gətirib.

Arasdırma.info xəbər verir ki, bir neçə gün əvvəl bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin guya işə gəlməyən idmançılara sərt tapşırıq verdiyi, onlardan işə çıxmağı tələb etdiyi və onları seçim qarşısında qoyduğu bildirilirdi. Amma Rafael Ağayev öz videomüraciətində bildirib ki, belə hallar baş verməyib.

“Sosial şəbəkələrdə yayılan xəbərlərə görə özümə bu videonu çəkməyi borc bildim. Gördüyünüz kimi, mən Azərbaycan dövlətinə xidmət edirəm, işimin başındayam.” - deyən idmançı Prezident İlham Əliyevə və DGK sədri Səfər Mehdiyevə ona və digər idmançılara göstərdikləri qayğıya görə minnətdarlığını çatdırıb. Rafael Ağayev yarışlara qatılması, eyni zamanda iş şəraiti ilə bağlı ona daim dəstək olunduğunu da bildirib. //oxu24

Paylaş
Xəbər lentİ