Həmas liderinin öldürülməsi vəziyyəti gərginləşdirəcək

Oxunma sayı: 74
1-08-2024, 07:50

Həmas liderinin öldürülməsi  vəziyyəti gərginləşdirəcək
Xəbər verdiyimiz kimi HƏMAS lideri İsmayıl Haniyə İranın paytaxtı Tehran şəhərində öldürülüb.

Arasdırma.info xəbər verir ki,TASS agentliyinin məlumatına görə , İslam İnqilabı Keşikçiləri Korpusu bu barədə açıqlama verib. Bildirilir ki, bu gün səhər saatlarında Tehrandakı iqamətgah raket hücumuna məruz qalıb.

Hücum nəticəsində yalnız Haniyə deyil, onun mühafizəçilərindən biri də həlak olub. Hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. İslam İnqilabı Keşikçiləri Korpusu hadisənin arxasında kimlərin dayandığını və səbəblərini öyrənmək üçün əlavə məlumat təqdim etməyib.

Qeyd edək ki, İsmayıl Haniyə HƏMAS-ın yüksək rütbəli liderlərindən biri kimi tanınırdı, və onun öldürülməsi bölgədəki gərginliyi daha da artıracaq.
Bundan sonra İran İsrail münasibətlərində vəziyyətin gərginləşəcəyi gözlənilir.

Paylaş
Xəbər lentİ