"Azərbaycan Dəmir Yolları" QSC-də yoxlamalar gedir.

Oxunma sayı: 156
10-07-2022, 01:34

"Azərbaycan Dəmir Yolları" QSC-də yoxlamalar gedir.
əqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində audit yoxlaması aparılır.
Arasdırma.info xəbər verir ki, “Unikal”orgun məlumatına görə, hazırda QSC-nin maliyyə fəaliyyəti araşdırılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən sayta bildirilib ki, korporativ idarəetmə standartlarına uyğun olaraq “Azərbaycan Dəmir Yolları” QSC-də Müşahidə Şurası və Audit Komitəsi formalaşdırılıb: “Beynəlxalq standart və milli qanunvericiliyin tələblərinə uyğun olaraq böyük dördlüyə daxil olan şirkətlərdən biri kənar audit olaraq cəlb edilib və hazırda prosesdədir. Beynəlxalq mühasibat uçotu tələblərinə uyğun olaraq hazırlanan hesabat təsdiq olunduğu zaman ictimaiyyətə məlumat veriləcək və təşkilatın rəsmi internet səhifəsində yerləşdiriləcək”.
Qeyd edək ki, quruma 2015-ci ildən bu ilin 24 may tarixinədək Cavid Qurbanov rəhbərlik edib. Dövlət başçısının sərəncamı ilə C.Qurbanov 2 ay əvvəl vəzifədən azad edilib və onun yerinə hələlik təyinat olmayıb.

Paylaş
Xəbər lentİ