“Broker Əbülfəz”in nəyə görə tutulduğu məlum oldu

Oxunma sayı: 153
9-08-2022, 03:10

“Broker Əbülfəz”in nəyə görə tutulduğu məlum oldu
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan “Broker MMC” rəhbəri Əbülfəz Məlikovun hansı maddələrlə ittiham olunduğu məlum olub.
Arasdırma.info APA-ya istinadən xəbər verir ki, şirkət rəhbəri Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.
Səbail Rayon Məhkəməsində Əbülfəz Məlikov barəsində istintaq orqanı tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Məhkəmənin qərarı ilə Əbülfəz Məlikov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Paylaş
Xəbər lentİ