Həbs olunan siyasətçilər azad olundu.

Oxunma sayı: 530
20-10-2019, 02:07

Həbs olunan siyasətçilər azad olundu.
Bu gün AXCP sədri Əli Kərimlinin,Arif Haılı və Pənah Hüsenin saxlanılması haqqında məlumat verilmişdi.

Arasdırma.info xəbər verir ki, Bakıda 28 may metrostansiyası ətrafında Milli Şura tərəfindən təşkil olunan qanunsuz aksiya zamanı Əli Kərimli ilə yanaşı saxlanılan şəxslər də olub.

Hazırda AXCP sədrinin və adı çəkilən digər siyasətçilərin sərbəst buraxıldığı bildirilir. Bu barədə ilk dəfə sosial şəbəkələrdə məlumat yayılıb. daha sonra isə Əli Kərimli dərhal, evinə çatar-çatmaz, Sevinc Osmanqızının internet televiziyasında canlı yayına qatılıb. O iddia edib ki, saxlanan zaman zorakılığa məcbur qalıb. Özünün necə döyülməsi ilə bağlı Osmanqızına təfərrüatlı məlumat verən Əli Kərimlinin başında sarğı, boynunda qızartı olub. (Saxlanma və zorakılıq hekayəsi zamanı Kərimli və Osmanqızı efirdə qarşılıqlı olaraq, kövrəlib-ağlaşıblar.)

Əli Kərimli deyib ki, onu sərbəst buraxmamışdan öncə, DİN Mərkəzi Hospitalında tam müayinədən keçirdiblər.

Paylaş
Xəbər lentİ