Ermənistan baş naziri Nikol Paşinyanın rəhbərliyi altındakı nümayəndə heyəti 28-29 mart tarixlərində Avstriyada rəsmi səfərdə olacaq
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Nazirlər Kabineti rəhbərinin səlahiyyətlərini bu müddətdə vitse-baş nazir Tiqran Avinyan icra edəcək.
Qeyd edək ki, martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə N. Paşinyanın görüşü gözlənilir.
Vyanadakı diplomatik mənbə bildirib ki, İlham Əliyevlə Ermənistan baş naziri arasında görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçəcək.(Qafqazinfo)
Baş redaktor: Çingiz Qurbanoğlu
(+99455) 430-99-70