Sürüclərin NƏZƏRİNƏ: Bu gecə Bakının bir sıra mərkəzi küçələri bağlanır

Oxunma sayı: 501
23-07-2020, 14:05

Sürüclərin NƏZƏRİNƏ: Bu gecə Bakının bir sıra mərkəzi küçələri bağlanır
Bakının Nizami küçəsinin Kövkab Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az -a verilən xəbərə görə, yolun bağlanması ərazidə aparılacaq təmir işləri ilə əlaqədardır. Bildirilir ki, iyulun 23-dən 24-nə keçən gecədən etibarən məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.

Paylaş
Xəbər lentİ