Naxçıvana Dağlıq Qarabağ ərazisindən gediş-gəliş olacaq.

Oxunma sayı: 339
10-11-2020, 04:54

Naxçıvana Dağlıq Qarabağ ərazisindən gediş-gəliş olacaq.
İmzalanmış sülh müqaviləsinə əsasən Naxçıvan Muxtar Respublikasına ,eləcə də digər istiqamnətlərdə nəqliyyat vasitələri sərbəst hərəkət edə biləcək.
Arasdırma.info xəbər verir ki,.Bu barədə sazişin 9-cu maddəsində deyilir:
Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

Paylaş
Xəbər lentİ