Daha bir Universitet müəllimi koronavirusdan dünyasını dəyişdi

Oxunma sayı: 369
30-11-2020, 12:38

Daha bir Universitet müəllimi  koronavirusdan dünyasını dəyişdi
Gəncə Dövlət Universitetinin dosenti Qurban Bəylərov vaxtsız vəfat edib.

Arasdırma.info xəbər verir ki,dosent COVİD 19-a yoluxub, daha sonra dünyasını dəyişib. Qurban Bəylərov 1968-ci il, yanvarın 1-də Kəlbəcər rayonunun Yellicə kəndində anadan olub. 1983-cü ildə Kəlbəcər rayonunun 2 saylı orta məktəbini bitirib.

Qurban müəllim 1985-ci ildə H.Zərdabi adına KDPİ-nin Fizika-riyaziyyat fakültəsinin fizika-riyaziyyat ixtisasına qəbul olub. 1986-1988-ci illərdə hərbi xidmətdə olub.

1992-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təyinatı əsasında Gəncə Dövlət İnstitutunun “Fizikanın tədrisi metodikası” kafedrasında saxlanılmışdır.//trend

Paylaş
Xəbər lentİ