Ən ucuz bazar-"Vasmoy bazarı"dır.

Oxunma sayı: 481
30-11-2020, 13:07

Ən ucuz bazar-"Vasmoy bazarı"dır.
Son zamanlar böyük supermarketlərdə ardı ardına müxtəlif endirim kampaniyaları keçirilir.
Arasdırma.info bu barədə fərqli fikirlərlə qarşılaşıb.Belə ki,əməkaşımız bir neçə firma və şirkətlə əlaqə saxlayıb,eləcə də Rahat,Neptun və Bolmart marketlər şəbəkəsi ilə əlaqə saxlayıb.Qiymətlərin tənzimlənməsi və endirimlər haqqında məlumat alıb.
Məsələ bundadır ki,supermarketlərdəki endirimli mallar nə qədər ucuz olsa da,xırda mağazalarda və 8-ci km bazarında daha ucuzdur.Təbii ki,indiki dövrdə insanlar daha rahat və daha çeşidli marketlərə üstünlük verir.Lakin hər 100 manatlıq alış verişdə ən azı 20-30 manat fərq var.Marketlərdə qiymətin fərqli olması malın ƏDV və firmaların şəffaf işləməsi ilə əlaqəlidir.İri marketlərə mallar sənədlə verilir.Ödəmə isə banklar vasitəsilə həyata keçirilir.Bundan başqa verilən mallar geri qaytarılma şərtlərilə verilir.Bunlar malın qiymətinin artmasına səbəb olur.
Kiçik mağazalar isə, bütün malı ƏDV siz və 30 faiz ucuz,ən əsası isə, nağd pula alır.Ona görə də malları ucuz qiymətə satır.Ət məhsulları,balıq məhsulları,yağ,pendir,kolbasa məmulatları,turşular,şirniyyat,eləcə də təsərrüfat malları 30 faiz fərqlə satılır.Malların keyfiyyəti isə eynidir.
Məqsədimiz bazarı reklam etmək deyil,amma bildirmək istəyirik ki,kasıb təbəqəni nəzərə alsaq ən ucuz bazar"vasmoy bazar"ıdır.

Paylaş
Xəbər lentİ