Rusiyada 4 azərbaycanlı saxlanıldı: Dəmir konteyner, 100 milyon pul, boş qəbir… - FOTO

Oxunma sayı: 563
28-10-2019, 03:08

Rusiyada 4 azərbaycanlı saxlanıldı: Dəmir konteyner, 100 milyon pul, boş qəbir… - FOTO
Rusiyanın Ulyanovsk şəhərində 4 Azərbaycan vətəndaşı həbs edilib.
Arasdırma.info Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, onlar 36 yaşlı yerli sahibkarı oğurlamaqda və ondan 100 milyon rubl pul tələb etməkdə təqsirli bilinirlər.
Məlumata görə, yerli iş adamını oğurlayaraq şəhər ətrafında yerləşən “Taşlinsk” qəsəbəsinə gətirən azərbaycanlılar, onu dəmir konteynerin içinə salıblar. Həmin şəxs bir müddət orada saxlanılıb.
Polis onu azad edərkən konteynerin yanında boş qəbir yeri də aşkarlanıb. Həmin qəbri kimin qazdığı isə bilinmir. Görünür, qəbir həmin şəxsə psixoloji təsir etmək məqsədi ilə qazılıbmış.Lent.az
Rusiyada 4 azərbaycanlı saxlanıldı: Dəmir konteyner, 100 milyon pul, boş qəbir… - FOTO
Rusiyada 4 azərbaycanlı saxlanıldı: Dəmir konteyner, 100 milyon pul, boş qəbir… - FOTO
Rusiyada 4 azərbaycanlı saxlanıldı: Dəmir konteyner, 100 milyon pul, boş qəbir… - FOTO

Paylaş
Xəbər lentİ