Otuz min kitab oxuyan çoban: “Az qala dəli olacaqdım...”

Oxunma sayı: 519
28-10-2019, 13:47

Otuz min kitab oxuyan çoban: “Az qala dəli olacaqdım...”
İstanbulda yaşayan, qoyun saxlamaqla məşğul olan çoban İsmayıl Bozdəmir bugünə kimi 45 min kitab kolleksiyası toplayıb. Kolleksiyadan 30 minə yaxın kitab oxuyub.


İsmayıl Bozdəmir deyir ki, biz kitab oxumasaq övladlarımız da oxumaz.
O, 27 ildir qurbanlıq qoyunlar saxlayır. Bundan əlavə keçi, quş, pişik, quzu da bəsləyir. Boş vaxtını isə evindəki kitabxanada keçirir.

Hələ ibtidai sinifdə oxuduğu dönəmdən kitaba böyük sevgi ilə yanaşır. Valideynlərinin məktəbdə bulka almağa verdiyi pulu toplayıb kitab alardı.

İsmayıl qeyd edir ki, gündə 1500 səhifə oxuduğu günləri xatırlayır. Hətta bir neçə il öncə kitablarına göz gəzdirmişdi ki, hansı əsəri oxuyub, hansını yox. Deyir, rəfimə oxumadığım kitabları yığmıram. Uşaqkən atasından gizlin məktəbə gedən İsmayıl Bozdəmir deyir: “O vaxt bir kənddən başqasına gedəndə gördüm ki, məktəb mənə bir dünyadan başqa bir dünyaya qapı açdı. Məktəb mənə başqa aləm kimi görünürdü.

Kitabın ləzzətini alandan sonra düşünürəm ki, kitab oxumasaydım hər halda dəli olardım. İndi gözlərimdə problem olduğu üçün gündə 150 səhifə oxuya bilirəm. Kitab oxumamış heç vaxt yatmıram. Yataq otağımda, qonaq otağımda, maşınımda, fermada oxuduğum kitablar ayrıdı.

Bəzən nəvələrim evi təmizləməyə gəlir, çarpayımın baş ucundakı kitabları götürüb rəfə qoyurlar. Amma başımın üstündə kitab olmayanda özümü kitabsız hiss edirəm. Kitabdan yox kitabsızlıqdan qorxmaq lazımdır. Çünki pis kitab yoxdu, pisliyi göstərən kitab var.

Kitabsız həyatı təsəvvür belə etmirəm. Hər insan öləndə Allahdan nəsə istəyir. Rəbbim cənnətə girməyi nəsib edərsə, ondan gözəl bir kitabxana istəyərdim. Allah istədiyimizi verir, təsəvvür edin, bütün dilləri bilirsən və bütün kitabları oxumağı bacarırsan.

Allahdan sonsuz bir kitabxana istəyirəm. Kitab mənim yaşama səbəbimə çevrilib. Uşaqlara kitab sevgisini aşılamaq üçün onlarda roman oxuma vərdişini formalaşdırmaq lazımdır. İnsanın ruhuna, ağlına, fikrinə, bədəninə xitab edən kitablar var. Təəssüf ki, qərb klassikləri xaric öz keçmişimizlə bağlı kitabları oxumuruq, oxutdurmuruq.

Oxuyub, oxutduraq. Çünki biz kitab oxumasaq, uşaqlarımız da oxumaz”.Teleqraf.com

Paylaş
Xəbər lentİ