Tədris Terapevtik Klinikada korrupsiya ittihamı

Oxunma sayı: 860
26-09-2019, 09:19

Tədris Terapevtik Klinikada korrupsiya ittihamı
ATU-nin Tədris Terapevtik Klinikasında tibb bacısı çalışan Nərgiz Xəlilova redaksiyamıza şikayət məktubu ünvanlayıb.Onun sözlərinə görə Klinikada işlədiyi şöbədə korrupsiya faktları kifayət qədərdir.Onu da qeyd etdi ki,bu barədə müxtəlif Dövlət qurumlarına müraciət edib.
Belə ki,Nərgiz Xəlilova peşəkar tibb bacısı olaraq öz işini bilən mütəxəssisdir.Şöbəyə yeni təyin olunan(hərgah ki,bu şöbəyə qanunsuz təyinatdır)Elnur İmanov şöbənin əməkdaşlarına qarşı kobud və hörmətsiz yanaşır.Burada aparılan qanunsuz əməliyyatlardan külli miqdarda vəsait mənimsənilir.Kassa mədaxil qəbzləri saxtalaşdırılır.Sanki,Klinikanın rəhbəri bu adamı buraya təyin etməklə varlanmaq fikrinə düşüb.Məlumdur ki,müxtəlif ürək damar xəstəlikləri ilə Klinikaya yerləşdirilən xəstələrin müəyyən hissəsi H.Əliyev Fondu vasitəsilə gəlir.Bu xəstələrin xərclərinin də müəyyən hissəsini Fond ödəyir.Lakin Elnur İmanov Vəzifəsindən sui istifadə edərək Fonda kələk gəlir və əlavə xərclər tələb edir.
Tədris Terapevtik Klinikada korrupsiya ittihamı
Şikayətçi Nərgiz Xəlilovanın yazdığından :
-“Tibb Universtetinin Tədris Terapevtik Klinikasında heç kimdən çəkinmdən Heydər Əliyev fondunu aldadaraq İctimaiyyət arasında nufuzdan salırlar. Fondun əməliyyat üçün göndərdiyi xəstələrin valideyinlərindən 2 min, 3 min AZN pul alırlar. Və fondun gördüyü xeyriyyəçi işlərə kölgə salırlar.
Terapevtik klnikanın direktoru Samir Allahverdiyev və uşaq kardioloqu Elnur İmanov tərəfindən fond aldadılaraq 3 min AZN ödənilməsi üçün, saxta sənədlər hazırlanaraq pul alınır.Klinikada olan özbaşnalığa görə Samir Allahverdiyevə yaxınlaşdıqda, buranın direktoru mənəm necə istəyirəm onuda edirəm deyir.
Tədris Terapevtik Klinikada korrupsiya ittihamı
Uşaq kardioloqu Elnur İmanova böyüklər üçün açılmış Ürək Damar mərkəzinin şöbə müdrü səlahiyyəti verilmiş! O, da öz istədiyi kimi işçilərlə rəftar edir,onları təhqir edərək alçaldır. Samir Allahverdiyvə şikayət etdikdə isə O, həcidir sən ona şər yaxırsan deyir. Deyirəm ki, bir tədbir görməsəniz Birinci vitse prezident Mehriban Xanım Əliyevaya şikayət edəcəyəm dedikcə, kinayəli cavabla mənə deyir ki, get istəyirsən ABŞ prezidenti trampa de. Mehriban Xanımdan xahiş edirəm ki, Bizlərə olan təhqirə, fonda olan saxtakarlğa son qoysun, Heydər Əliyev fondu ciddi olaraq aldadılır.

Onuda qeyd edim ki, mənim dediklərimin təsdiq olunması üçün klinikanın kameralarının açılmasını sizdən xahiş edirəm.”
Arasdırma.info saytı olaraq məsələ ilə bağlı araşdırmaya başlayıb.Mövzunu diqqətdə saxlayırıq ,yeniliklərlə bağlı saytımızda məlumat verəcəyik.
Qarşı tərəfin fikirini dərc etməyə hazırıq.

Paylaş
Xəbər lentİ