Bakı qəbirsanlıqlarında nə baş verir,qiymətlər qalxıb ?

Oxunma sayı: 1 070
29-10-2019, 03:11

Bakı qəbirsanlıqlarında nə baş verir,qiymətlər qalxıb ?
Azərbaycanda hal hazırda ölmək yaşamaqdan daha bahalıdır. Bu, kimlərəsə bir qədər pafoslu cümlə təsiri bağışlasa da, əslində reallıq bundan da pisdir. Çünki ölkəmiz də daxil olmaqla, bir çox dünya ölkələrində insanların vəfatının yaxınlarına xeyli əziyyət, ciddi məsrəflər gətirdiyi məlumdur. Bakı şəhərində 32 qəbiristanlıq var, onların 2-si Fəxri, 2-si Şəhidlər Xiyabanıdır. Fəxri xiyabanlarda yalnız dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin dəfni həyata keçirilir.
Qiymətlərin tənzim olunması yer azlığı ilə əlaqələndirilir.Şəhərin bəzi yerlərində yer olmadığıüçün qiymətlər hətta 5-10 min arasında dəyişilir.Təsadüfi deyil ki,ara-sıra mətbu orqanlarda yiyəsiz qəbirləri yenidən satılması haqqında məqalələr verilir.
Arasdırma.info bu barədə araşdırma aparıb.
-Deyilənə görə, Bakı şəhərində Əhaliyə Vətəndaşlıq Xidməti Tresti Bələdiyyələrə verilib.Bəziləri isə Bakı şəhər İcra hakimiyyəti tərəfindən idarə olunduğunu qeyd edir.Dədə Qorqud qəbirsanlığının sözçüsü qeyd etdi ki,"Qəbirsanlıq hələ bilinmir kimin tabeliyindədir.Hətta vergiləri və digər ödənişləri də saxlamışıq.Yuxarılar öz aralarında bölüşə bilmirlər."Badamdar qəbirsanlığının sözçüsü Həmid müəllim isə mətbuatdan gizlənir və açıqlama vermək istəmir.Hətta bu bölgü məsələsində Qurd Qapısı qəbirsanlığının rəhbərliyi Yasamal Bələdiyyəsinin müavini ilə əlbəyaxa olduğu da deyilir.Bu da görünür hərc mərcliyin,qiymətlərin artmasına gətirib şıxarır.Bakının kəndlərində qiymətlər nisbətən aşağıdır.Kənd sakinlərindən birinin dediyinə görə,qəbirsanlıqlarda 100-200 manata yer almaq mümkündür.Sadəcə dəfn xərcləri var.
Ev qiymətləri kimi, qəbir yeri qiymətləri də heç şübhəsiz ki, qəbiristanlığın yerləşdiyi məkandan asılıdır. Ərazinin şəhərə yaxınlığı qiymətlərdə xüsusi yer oynayır.

Biləcəri qəbiristanlığı - 500 -1000AZN
Xırdalan qəbiristanlığı - 1000-1500 AZN
Badamdar qəbiristanlığı - 1500-3000 AZN
Günəşli qəbiristanlığı - 500-1500 AZN
Qaraçuxur qəbiristanlığı - 500-1000 AZN
Qurd qapısı qəbiristanlığı - 2000-3000 AZN
Hövsan qəbiristanlığı 500-1000AZN
Bakı ətrafı kəndlərdə 100-500AZN
Xatırladırıq ki,respublikada qəbiristanlıqda müsəlman olan bir şəxsin dəfni üçün 63 manat rüsum ödənilməlidir. Qeyri-müsəlmanlar isə tabutla dəfn edildiyindən onlar üçün dövlət rüsumu 79 manatdır.

Bakı qəbirsanlıqlarında nə baş verir,qiymətlər qalxıb ?
Bakı qəbirsanlıqlarında nə baş verir,qiymətlər qalxıb ?
Bakı qəbirsanlıqlarında nə baş verir,qiymətlər qalxıb ?
Bakı qəbirsanlıqlarında nə baş verir,qiymətlər qalxıb ?
Bakı qəbirsanlıqlarında nə baş verir,qiymətlər qalxıb ?Bakı qəbirsanlıqlarında nə baş verir,qiymətlər qalxıb ?

Paylaş
Xəbər lentİ